Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
11:10
Bakı polisi atılmış 7 azyaşlını uşaq evinə təhvil verdi

Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra edilir.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, uşaq hüquqları üzrə üzərlərinə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır: "Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəklərdə, mətbuatda uşaq hüquqların pozulması ilə bağlı yayılan məlumatlar da nəzərətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşını təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ, müzakirə olunmur, dərhal icra olunur. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir.

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib".

E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə alavə edib ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır: "Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profiklatiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib".

Məqalədə : polis atılmış uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
490

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
526

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
552

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
497

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
653

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
510

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
616
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 14:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru