Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
17:20
Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirdiyini bildirib.

DİN-dən verilən məlumata görə, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət edilib. O, paytaxtın “Tarqovı” kimi tanınan ”Nizami” küçəsində içərisində bank kartları, sənədləri və 980 manatı olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Həmin gün axşam saatlarında DİN-in “102” Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.

Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu Polis Bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib.

Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və qeyd edilən məbləğ olan pulqabıdır.

H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini qeyd edib.

Hər iki şəxs 9-cu Polis Bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.

Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməkliyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Azərbaycan polisinin etimad ünvanı olduğunu, ona güvəndiklərini qeyd ediblər.(trend)

Məqalədə : polis itki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
177

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
231

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
273

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 16:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru