Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
11:20
Bu xidmətlər icbari tibbi sığorta hesabına olmayacaq

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün "İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİCS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: "Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir".

E.Eyvazov qeyd edib ki, bu il yanvarın 1-dən ölkə üzrə 4 mərhələli şəkildə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq. Ən son olaraq, Bakı və Sumqayıtda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanacaq və bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsi 100 faizə çatdırılacaq.

Ş.Eyvazov əlavə edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb. Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, s osial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.

Onun sözlərinə görə, aprelin 1-dən Yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq: "Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".

Məqalədə : icbari tibbi sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
100

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
187

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
256

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
416
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 14:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru