
Bir neçə nəfərin qanunsuz mitinq və aksiyalar keçirmək cəhdləri seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz.
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri radikal müxalifəti ciddi şəkildə sarsıtdı.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, radikal müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina etdilər və guya öz aləmlərində bunu boykot kimi xarakterizə etməyə çalışdılar:
“Amma əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində hər hansı bir dəstəyinin olmadığını onların özləri də dərk edirlər və təbii ki, ictimai dəstək olmadığı halda seçkilərdə iştirak etmək real nəticə verməyəcək. Belə olan halda radikalçılar Azərbaycanda seçkilərə qara yaxmaqdan başqa bir yol seçə bilmədilər. Əlbətə ki, bu, artıq onların ənənələrinə çevrilib. Çünki bütövlükdə Azərbaycana qara yaxmaq, ölkəmizlə bağlı beynəlxalq təşkilatlarda fərqli bir təsəvvür yaratmaq üçün istənilən bir bəhanə axtarmağa çalışırlar. Onlar, eləcə də seçki kampaniyasına və onun artıq elan olunan nəticələrinə kölgə salmağa çalışırlar.
Radikal müxalifət çox az sayda adamları küçəyə çıxarmaqla, onları müxtəlif yollarla təhrik etməklə və yaxud hansısa formada həvəsləndirməklə seçkinin nəticələrinə guya ki, ciddi etiraz olduğu görüntüsü yaratmağa çalışırlar. Ancaq nə yaxşı ki, beynəlxalq təşkilatların bəzi nümayəndələri hələ də Azərbaycandadır və onlar öz gözləri ilə görürlər ki, Azərbaycanda seçkinin nəticələrinə cəmiyyətdə tamamilə normal, adekvat bir münasibət mövcuddur, ona görə ki, vətəndaşlar istədikləri namizədlərə səs veriblər”.
Ə.Əhmədov vurğulayıb ki, bir neçə nəfərin çox çirkli və şübhəli məqsədlərlə seçkinin nəticələrinə qarşı kampaniya təşkil etməsi, qanunsuz mitinq və aksiyalar keçirməyə cəhdləri Azərbaycanda keçirilən seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz:
“5-10 nəfər təbii ki, 10 milyonluq Azərbaycan vətəndaşlarının iradəsinin ifadəsini öz boyunlarına götürə bilməzlər. Bu seçkilər növbədi dəfə Azərbaycanda radikal müxalifətə çox sarsıdıcı bir zərbə vurdu. Bu zərbənin birinci ifadəsini mən onda görürəm ki, cəmiyyətimiz çox qəti şəkildə bildirmək istəyir ki, Azərbaycanın siyasi həyatında və bütövlükdə Azərbaycan cəmiyyətində radikalizmə yer yoxdur. Vətəndaşlarımız nə siyasətdə, nə də ictimai həyatımızda radikalçıların olmasını istəyirlər və onlara qarşı özlərinin mövqeyini növbəti dəfə bu seçkilərdə ifadə etdilər.
İkinci çox mühüm cəhət ondan ibarətdir ki, radikal mövqedə duran müxalifət və onların həyata keçirmək istədikləri “siyasət” insanlarımız tərəfindən dəstəklənmir və vaxtilə Azərbaycanda hakimiyyətdə olan, ölkəni böhrana salan, çox çətin durumla üz-üzə qoyan, həmin o müxalifətin bu gün Azərbaycan cəmiyyətində insanların dəstəyinə ümid bəsələmələri tamamilə mənasız xülyadan başqa bir şey deyil. Cəmiyyətimiz açıq şəkildə onlara bildirmək istəyir ki, Azərbaycan vətəndaşları Azərbaycan iqtidarından və Prezident İlham Əliyevdən, həyata keçirilən siyasətdən mənundurlar. İnsanlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişafına inanırlar və təbiidir ki, bu inam da bu seçkilərdə bir daha özünü göstərdi. Belə olan halda radikal müxalifət partiyalarının çox şübhəli davranışlarla Azərbaycan cəmiyyətini çaşdırmağa çalışması, əlbətə ki, radikal müxalifətçilərə hər hansı bir uğur gətirməyəcək”.(trend)

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel11-12-2019 11:29 Əli Əhmədov: Siyahımızda əvvəlki deputatlardan da olacaq
28-11-2019 15:21 Əli Əhmədov: Parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil
11-09-2019 11:17 Bakıda siyasi partiyalar müzakirələr aparır - CANLI
09-09-2019 14:34 Əli Əhmədov: Hər birimiz nə vaxtsa istefaya gedəcəyik
24-08-2019 15:48 Əli Əhmədov azyaşlı uşaqla futbol oynadı - VİDEO
07-05-2019 14:03 Bu dərmanları hər kəs əldə edə bilməz - Baş nazirin müavini
- 21-04-2021 09:58 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi
- 20-04-2021 15:08 Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında gərginlik
- 20-04-2021 12:53 Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
- 19-04-2021 15:40 Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb
- 19-04-2021 10:21 İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
- 16-04-2021 15:28 Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"
- 16-04-2021 12:36 Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
- 16-04-2021 10:36 Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi
- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək