Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
17:40
Elina Hacıyevanın işi yenidən məhkəmədə

Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

Bakı Şəhər Prokurorluğu tərəfindən verilən qərardan məhkəməyə şikayət olunub.

Belə ki, mərhumun anası və nümayəndələri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət ediblər. İstintaq zamanı Bakı Şəhər Prokurorluğunda həmin şəxslərlə bağlı cinayət işi açılmayıb. 

Həmin şikayət üzrə məhkəmə Səbail Rayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, ötən il Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.(oxu.az)

Məqalədə : Elina Hacıyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
140

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
202

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
261

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
416
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 15:10



  (+994 55) 786-96-84

  faktxeber[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru