Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
17:05
İki tanınmış şəxsin seçkidəki qələbəsi ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katini bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraqfevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSk-ya müraciətləri təmin edilsin.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, hüquq müdafiəçisi Çingiz Qənizadə həmin dairədə lider namizəd idi. 

Daha sonra 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı şikayətə baxılıb. Həmin dairədən deputatlığa namizəd İqbal Ağazadənin müraciətinə baxılıb. 

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qələbə qazanmışdı. Bu dairənin də nəticələri səsverməyə çıxarılıb və ləğv edilib.

Məqalədə : parlament seçkiləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
91

Fəhlə "KamAz"ın altında qalıb öldü

25

Fevral
10:56
HÜQUQ,HADİSƏ
232

Azərbaycan şəhidinə vida edir

25

Fevral
10:36
ÖLKƏ
263

Atəşkəs rejimi 27 dəfə pozulub

25

Fevral
09:42
BÖLMƏNİ DÜZ SEÇ!
315

Xarici valyutaların manata qarşı məzənnələri

25

Fevral
09:25
İQTİSADİYYAT
340
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 13:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru