Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
15:59
Azərbaycanda narkotik vasitələrlə mübarizəyə din xadimləri cəlb ediləcək

Bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda mütəmadi keçiriləcək tədbirlərə din xadimləri cəlb ediləcək.

Bu, Daxili İşlər naziri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Vilayət Eyvazovun təsdiqlədiyi "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş Planı"nda əksini tapıb.

Sənədə əsasən, şəhər və rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi il ərzində mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimlərinin cəlb edilməsini təmin etməlidir.

Məqalədə : narkotiklə mübarizə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
135

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
202

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
261

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
416
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru