Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
15:16
Hamının şikayətçi olduğu parklanma ləğv edildi - FOTO

İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləsizliyini təmin edilmək məqsədi ilə Qara Qarayev prospektində qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri gücləndirilib. Görülən tədbirlər nəticəsində, prospektdə əvvəllər pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata gör, nəqliyyat vasitələrinin qadağan olunan yerdə park edilməsi Qara Qarayev prospektindən keçən 30 müntəzəm marşrut xətti üzrə 450-dən artıq avtobusun hərəkət intervalına ciddi şəkildə mənfi təsir göstərir. Bəzi sürücülər şəxsi minik avtombillərini dayanacaq məntəqəsində saxlayırlar ki, nəticədə sərnişinlərin avtobusdan istifadəsi çətinləşir və onların həyatı üçün təhlükə riski yaranır.

Dayanma və durma qaydalarının pozulması səbəbindən, gün ərzində prospekt boyunca avtomobillər daha çox sıxlıqda dayanır ki, bu da atmosferin daha çox çirklənməsi deməkdir.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanma halları axşam saatlarında Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrində yerləşən şadlıq sarayları və digər iaşə obyektlərinin qarşısında da müşahidə olunur.

Bunu nəzərə alaraq bir daha sürücülərə yol hərəkəti qaydalarına o cümlədən dayanma və durma qaydalarına əməl etməyi, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, sürücülər ancaq nəzarət tədbirləri zamanı deyil daim yol nişanlarının tələbini əsas götürərək müəyyən olunan qayadalara əməl etsinlər.

Məqalədə : parkinq parklanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42230

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43887

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43334

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48878

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43266

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43681
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 16:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru