Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
13:19
Azərbaycanda bu məhsullar bahalaşıb - RƏSMİ

2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib:

“Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki  yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb”.

Məqalədə : ərzaq bahalaşma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3822

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2780

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2192

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1882
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 19:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru