Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2020
12:35
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq

Son günlər Suriyanın İdlib bölgəsi ətrafında baş verən hadisələr dünyada maraqla izlənilir. Suriya ordusunun İdlibdə yerləşmiş terrorçulara qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar zamanı ərazidə olan türk əsgərləri də zərər çəkib. Türkiyə iki gündə 14 əsgərini itirib. Suriya ordusu isə 12 illik fasilədən sonra Hələb-İdlib yolunun terrorçuların nəzarətində olan hissəsini azad edib.

Türkiyə başverənlərlə bağlı NATO-ya müraciət edib və İdlibdə birgə əməliyyata çağırıb. ABŞ adından danışan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayn bildirib ki, İdlibdə əməliyyat keçirmək niyyətində deyillər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu gün verdiyi açıqlamada bildirib ki, Suriya ordusunu fevral ayının sonuna kimi Türkiyənin müşahidə nöqtəsindən uzaqlaşdıracaqlar: "Bu gündən sonra hər hansı bir əsgərimizə hücum olarsa, Suriya ordusunu hər yerdə vuracağıq. İdlibdə Əsəd rejimi ruslarla birlikdə terrorçulara qarşı deyil, birbaşa dinc xalqı hədəf alırlar. Məqsədləri mülki vətəndaşları ölkəmizin sərhədlərinə doğru hərəkətə məcbur edərək özlərinə ərazi açmaqdır."

Məqalədə : İdlib Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68349

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65747

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67579

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66891

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72391

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66649

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66973
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 13:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru