Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2020
10:07
`Oskar-2020`ni kim nəyə görə aldı? - SİYAHI

"Oskar" mükafatlandırması artıq ikinci ildir aparıcısız keçirilir. Maraqlıdır ki, mərasim izləyiciləri qırmızı xalçadan başlayaraq maraqlandırıb.

"Oskar-2020"nin ən maraqlı anlarından biri dünyaca məşhur Tom Henksin mükəmməl fiziki görkəmi ilə ortaya çıxması olub. O, qırmızı xalçanın üstündə jim etmək qərarına gəlib və hamını təəccübləndirib.

Daha sonra Bred Pitt görünüb. O, ikinci dəfə "Ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasının qalibi olub.

Keçmiş ABŞ prezidenti Barak Obama isə "tvitter" səhifəsindən  "Amerika fabriki" filminin rejissorları Stiven Boqnar və Culiya Rayxerti "ən yaxşı sənədli film" nominasiyasına görə təbrik edib.

Aktyor Hokin Feniks üçün mərasim heç də təəcüblü olmayıb. Mərasimə hələ uzun müddət qalmış onu "Oskar"la mükafatlandırıblar. Buna görə də aktyora "Oskar" heykəlinin təqdimatı emosiyasız olub.

"Oskar-2020"nin bütün qalibləri:

"Ən yaxşı ikinci dərəcəli rol" - Bred Pitt (Bir dəfə Hollivudda)

"Ən yaxşı tammetrajlı animasiya filmir" (Oyuncaqların hekayəsi - 4)

"Ən yaxşı orijinal ssenari" - Pon Çjun Ho və Han Cin Von ("Mikroblar")

"Ən yaxşı uyğunlaşdırılmış ssenari" - Tayka Vaytiti ("Dovşan Coco")

"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Saçlara sevgi"

"Ən yaxşı qısametrajlı oyun filmi" - "Əks tərəfdəki pəncərə"

"Ən yaxşı quruluşçu rəssam" - Barbara Linq və Nensi Hey ("Bir dəfə Hollivudda")

"Ən yaxşı geyim dizayneri" - Jaklin Dyurran ("Balaca qadınlar")

"Ən yaxşı sənədli film" - "Amerika fabriki"

"Ən yaxşı ikinci dərəcəli qadın rolu" - Lora Dern ("Evlilik hekayəsi")

"Ən yaxşı qısametrajlı sənədli film" - "Döyüş bölgəsində snoubord sürməyi öyrən (əgər qız uşağısansa)"

"Ən yaxşı səs montajı" - Donald Silvester ("Ford Ferrariyə qarşı")

"Ən yaxşı səs" - Mark Teylor - Styuart Uilson ("1917")

"Ən yaxşı operator işi" - Rocer Dikins ("1917")

"Ən yaxşı montaj" - Maykl Makkasker və Endryu  Baklend ("Ford Ferrariyə qarşı")

"Ən yaxşı vizual effekt" - Hiyom Roşeron, Qreq Batler və Dominik Tuohi ("1917")

"Ən yaxşı qirim və saç düzümü" - Kazu Hiro, Enn Morqan və Viven Beyker ("Qalmaqal")

"Xarici dildə ən yaxşı film" - "Mikroblar"

"Film üçün ən yaxşı musiqi" - Hildur Qudnadouttir ("Joker")

"Ən yaxşı rejissor" - Pon Çjun Ho ("Mikroblar")

"Ən yaxşı kişi rolu" - Hoakin Feniks ("Joker")

"Ən yaxşı qadın rolu" - Rene Zellveger ("Cudi")

"Ən yaxşı film" - "Mikroblar".

Məqalədə : Oskar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53941

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52078

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53533

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53273

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58628

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52879

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53302
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 14:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru