Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
16:06
Prokurorluq aptekdəki intiharla bağlı məlumat yayıb

Fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə : intihar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
212

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
278

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 11:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru