Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
14:54
Metro qatarları Bakıda təmir olunacaq

Bakı metropolitenində 5 ilə yaxındır istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi bu mühüm dövri təmir işlərini yerinə yetirir.

2015-ci ilin may ayından metropolitenin Qırmızı xətti üzrə hərəkət edən qatarlar, texniki-istismar qaydalarına və qət edilən məsafəyə uyğun olaraq, texniki qulluq və təmir işlərinə cəlb ediliblər.

Hazırda şirkətin 17 nəfərdən ibarət mütəxəssis qrupu "Nərimanov" elektrik deposunda təmir işlərini aparır. Qrupa ümumi işlərə rəhbərlik edən böyük usta, mühəndislər, ustalar, həmçinin elektrik, mexaniki və pnevmatika avadanlıqları üzrə digər mütəxəssislər cəlb olunub.

Onu da əlavə edək ki, təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri ilə yanaşı sazlama işlərinin yerinə yetirilməsini təmin etməlidir.

Məlumdur ki, Bakı metropolitenində müasir tipli qatarların sayı ildən-ilə artmaqdadır. Metropoliten xətlərində hazırda texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub 11 qatar hərəkət edir. 2020-ci il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə daha 4 qatar tərkibini formalaşdıran 20 vaqon alınacaq. Ümumən ötən il "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, yaxın üç il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə 12 qatar tərkibini formalaşdıracaq 60 yeni tipli vaqonun alınması nəzərdə tutulub.

Bütün bunları nəzərə alaraq, həmin qatarların təmirini yerli kadrların yerinə yetirməsi mühüm məsələdir. Qaldırma təmiri ilə əlaqədar istehsalçı şirkətlə bağlanmış müqavilənin ən mühüm cəhəti yerli təmirçi kadrların hazırlanmasını nəzərdə tutmasıdır. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.

Bununla əlaqədar ilkin hazırlıq tədbirləri əvvəlcədən görülüb. Qaldırma təmiri ilə əlaqədar istehsalçı müəssisənin aparıcı mütəxəssisi Bakı metropoliteninə ezam olunaraq, tədris prosesinə cəlb edilib. Onun rəhbərliyi ilə 35 nəfərdən ibarət işçi qrupunun nəzəri bilikləri mənimsəməsi təmin olunub. Məhz bu kadrlar hazırkı təmir prosesi zamanı əyani praktiki biliklərə də yiyələnərək, rusiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparır və gələcəkdə yeni mütəxəssislərin yetişdirilməsində də fəal iştirak edəcəklər.

Məqalədə : Bakı metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4306

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2010
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 07:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru