Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
14:31
Trampın kürəkəni: `Əsrin sövdəsi` mövzusunda Fələstinə yalvarmayacağıq

"Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı "Əsrin müqaviləsi"ni ərəb tərəfi ilə müzakirə etmək istəyir, lakin bunu etmək üçün yalvarmaq istəmir."

"Anadolu" xəbər verir ki, bu qərarı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Yaxın Şərq məsələləri üzrə müşaviri, kürəkəni Cared Kuşner söyləyib.

O, Vaşinqtonun Fələstinin ardınca getməyəcəyini və dialoq istəməyəcəyini vurğulayıb. Kuşner qeyd edib ki, İsrail artıq sülh planına uyğun bir tənzimləməyə razılıq verib, buna görə ərəb tərəfi də eyni şəkildə cavab verməlidir. Onun fikrincə, bu, "ən konstruktiv addım" olacaq.

Kuşner əlavə edib ki, Amerika təklifi münaqişəni həlli üçün son şans ola bilər. ABŞ prezidentinin müşaviri hesab edir ki, bu mərhələdə iki dövlət prinsipinin həyata keçirilməsi çox çətindir.

Xatırladaq ki, 28 yanvar 2020-ci il tarixində Donald Trampın elan etdiyi "Əsrin müqaviləsi"ndə Qüds tamamilə İsrailin paytaxtı hesab edilib. Fələstinə isə paytaxt kimi Qüdsün şərqində kiçik bir şəhər təklif edilib. Bundan əlavə, Fələstinin hazırda əlində torpaqlarının hamısının qonşu dövlətlərlə sərhəd əlaqəsi kəsilib. 1967-ci ildən başlayaraq İsrailin Fələstin ərazilərində yəhudilər üçün saldğı qeyri-qanuni yaşayış məskənləri isə dəyişməz olaraq qalır. Həmçinin əlavə yaşayış məskənlərinin tikintisi qadağan edilmir, üməyyən müddətə qədər dondurulur. Fələstin tərəfinə bütün silahlı qüvvələrdən imtina tələbi qoyulub. Fələstin tərəfi bu planı təslimiyyətçi sülh planı hesab edir.

Məqalədə : Kuşner Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4037

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2862

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2288

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1928
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 19:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru