Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
15:44
`Neftçi`dən Ramil Şeydayev açıqlaması

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını "Neftçi"də davam etdirə bilər.

Bu barədə Rusiyanın "sport24.ru" saytı məlumat yayıb. Öz növbəsində paytaxt təmsilçisinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev  məsələyə münasibət bildirib. 

"Klubumuz Şeydayev kimi futbolçunu öz heyətində görmək istəyərdi. Biz hücumçu mövqeyinə futbolçu transfer etməyi planlaşdırırdıq. Bu, yerli olsa idi, çox yaxşı olardı. Amma hazırkı durumda Şeydayevlə bağlı heç bir müzakirə getmir və o, gündəmimizdə deyil. Hazırda onunla danışıq aparmırıq" deyə o, "Report"a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq Rusiyanın "Dinamo" (Moskva) komandasında çıxış edib. Moskva təmsilçisi onunla müqaviləni ləğv etdiyi üçün Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası tərəfindən cəzalandırılıb. "Dinamo" isə məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib. 

Məqalədə : Ramil Şeydayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
86

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
155

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
222

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
268
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru