Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
14:01
Suriyada tutulan terrorçulardan dəhşətli açıqlamalar

Hələb yaxınlığında Suriya hərbçiləri tərəfindən tutulan terrorçular Türkiyənin "Cəbhət ən-Nusra" qruplaşmasının yaranmasındakı rolundan danışıblar.

Tutulan hər iki terrorçu Suriya vətəndaşıdır. Bunlardan biri 1985-ci il təvəllüdlü "Əbu Abdal" ləqəbli Mahmud əl-Nəcimdir.

Onun sözlərinə görə, əvvəlcə şəhərdə dünyəvi müxalifət olan "Azad Suriya Ordusu" qruplaşması yaradılıb. Sonra bu ərazilərdə "Cəbhət ən-Nusra" terror qruplaşması görünəndə, onlar arasında qarşıdurmalar baş verib.

Əl-Nəcim qohumları ilə birlikdə Türkiyəyə qaçmağı qərara alıb, ancaq bu ölkənin polisi tərəfindən tutulub və iddia edir ki, onu "Cəbhət ən-Nusra" qruplaşmasına qoşulmağa məcbur ediblər.

"Bildirdilər ki, "Cəbhət ən-Nusra"ya qoşulmasam, ailəmi öldürəcəklər və ya həbs edəcəklər. Mənə 100 dollar maaş verirdilər", - terrorçunu Suriya ordusu tərəfindən sorğu-sual zamanı deyib.

Onun sözlərinə görə, türklər əl-Nəciminin qohumlarını qaçqın düşərgəsinə göndəriblər və "girov saxlayıblar". "Dedilər ki, mən "Cəbhət əl-Nusra" ilə olduğum müddətdə, ailəm təhlükəsizdir", - deyən terrorçu, qrupa bütün təchizatın Türkiyə və Səudiyyə Ərəbistanından gəldiyini söyləyir.

Əl-Nəcim terrorçuların sırasında pulemyotçu təlimi alıb. Buna gör də bütün Suriya boyu döyüşmək şansı qazanıb. Terrorçuların nəyə görə Hələb şəhərini atəşə tutduqlarını soruşduqda, o belə cavab verib: "Komandirimiz bunun Suriya və Rusiya hərbçilərinə qarşı vətəndaş nifrətinə səbəb olacağını dedi".

İkinci terrorçu "Abu Uday" ləqəbli Hüseyn Əbdüləzizdir. O, ailəsinin yemək üçün kifayət qədər pul olmadığı vaxtda terrorçular kişiləri işə götürdüklərini və pul ödədiklərini söyləyir.

"Mən də qoşuldum. Sonra müxtəlif qruplarda - "Əhrar əl-Şam", "Azad Suriya Ordusu", "Zinki Briqadası"nda döyüşdüm. Bütün bu qruplar "Cəbhət əl-Nusra"-nın bir hissəsi idi", - deyə bildirir. 

Onun sözlərinə görə, hazırda Pakistan və Əfqandan olanlar terrorçuların sırasında vuruşur. Əbdüləzizin ifadəsinə görə, dəstəsi Hələbdəki "Rəşidin-5" bölgəsindəki Türk müşahidə postundan geri çəkilən zaman əsir düşüb.

Rusiya, İran və Türkiyə 2017-ci ilin may ayında Astanada (indiki Nur-Sultan) Suriyada dörd dekalasiya zonası yaratmağa razılıq verdilər. Onlardan üçü 2018-ci ildə Dəməşqin nəzarətinə keçdi. İdlib əyalətinə qonşu olan dördüncü zona - Lazkiyə, Hama və Hələb əyalətlərinin bir hissəsi isə hələ də hökumət qüvvələrinin deyil, əksəriyyəti "Cəbhət ən-Nusra" terrorçularının işğalı altındadır.

2018-ci ilin sentyabr ayında Soçidə Rusiya və Türkiyə, daha çox terrorçu qruplaşmaların yerləşdiyi İdlibdə silahsız zonanın yaradılması haqqında müqavilə imzaladı. Bunlardan ən böyüyü, ümumilikdə 30 min silahlısı olan "Milli Qurtuluş Cəbhəsi" və "Cəbhət ən-Nusra" qruplarıdır.

Yanvarın 26-da Suriya ordusu Hələbin qərbində şəhərin yaşayış məntəqələrinin terrorçular tərəfindən hər gün bombalanması, onlarla mülki şəxsin ölümü ilə əlaqədar hücuma keçdi. Bir gün sonra müdafiənin ilk cərgələrini keçməyi bacardı.

Üç gün sonra Suriya Ordusu 2012-ci ildən terrorçuların nəzarəti altında olan və ən böyük dayaqlarından biri olan Maaret Nuuman şəhərini azad etdi.

Məqalədə : Cəbhət ən-Nusra terror Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67494

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64902

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66756

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66010

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71653

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65824

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66177
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2021 19:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru