Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
16:55
Tramp fələstinliləri terrorçularla bir tutdu

ABŞ prezidenti Donald Tramp "Əsrin müqaviləsi"nə həsr edilmiş çıxışında fələstinliləri terrorçularla bir tutub. Bu barədə "+972 Magazine"nin redaktoru Edo Konrad yazıb. 

Onun sözlərinə görə, Trampın söylədikləri irqçiliyin klassik təzahürü idi. Amerika lideri öz nitqində fələstinlilərdən danışaraq 9 dəfə "terrorizm" və "terror" sözləri işlədib. Xüsusilə o, fələstinlilərə müraciət edərək onları öz dövlətini yaratmaq hüququnu əldə etmək üçün "terrorizm metodlarından" istifadə etməməyi çağırıb. İsrailə gəldikdə isə Tramp bu ölkəni "demokratiya və rifah adası" adlandırıb, israilliləri isə sülh və barışığa can atanlar kimi xarakterizə edib.. 

Müəllifin fikrincə, İsrail tarix boyu fələstinliləri amansız terrorçu kimi qələmə verməyə çalışıb. Halbuki israillilər daim hazırda "terror" adlandırılan üsullardan istifadə edib. 

"Məsələn, Menahem Begin və İtshaq Şamir İsrailin baş naziri olmazdan qabaq Fələstin xalqına qarşı qəddarcasına terror hücumları həyata keçirib", - müəllif məqalədə qeyd edib. 

Konradın fikrincə, İsrailin bu cür hərəkətləri ümummilli siyasətin bir hissəsidi və onsuz İsrail bir dövlət olaraq meydana çıxa bilməzdi

Məqalədə : Tramp Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4386

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3011

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 05:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru