Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
15:13
Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar

Mətni yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən açıqlanan Fələstin-İsrail tənzimləməsi ilə bağlı "Əsrin müqaviləsi" İsrailə irqi ayrıseçkilik yaradacaq aparteid rejiminin qurulmasına imkan verir. Bu barədə "+972 Magazin" jurnalında jurnalist və politoloq Ömər Rəhman yazır.

Qeyd olunur ki, yəhudi dövlət orqanlarının vətəndaşlarını İordan çayının Qərb sahilində məskunlaşdırmaq istəyi ayrı bir dövlətin yaranma ehtimalını istisna edir və sonsuz hərbi rejimdə yaşayan milyonlarla fələstinlini mülki və siyasi hüquqlardan məhrum edir.

İsrail rəsmiləri Ağ Ev tərəfindən dəstəkləndiklərini bildikləri üçün İordan çayının Qərb sahilinin ilhaqına çağırırlar.

Jurnalistin sözlərinə görə, ABŞ sazişi İsrailin Fələstin üzərində suverenliyini dəstəkləyir və arzu etdiyi əraziləri seçməsinə imkan verir. Məqalə müəllifi hesab edir ki, "Əsrin müqaviləsin"nin məqsədi münaqişəni həll etmək deyil, öz mövqeyini bildirmək - İsraili aparteid dövlət kimi dəstəkləmək idi. Qeyd olunur ki, İsrail rəsmiləri Ağ Ev tərəfindən dəstəkləndiklərini bildikləri üçün İordan çayının Qərb sahilinin ilhaqına çağırırlar.

Jurnalist "Əsrin müqaviləsi" Fələstin-İsrail qarşıdurmasında yeni bir mərhələ başladıb - ərazi və suverenlik uğrunda mübarizənin yerini vətəndaş hüquqları və bərabərlik uğrunda mübarizə tutacaq. Qeyd olunur ki, bu mərhələdə bütün ölkələr Tramp administrasiyasının etdiyi kimi mövqelərinə yenidən baxmağa və tərəf seçməyə məcbur olacaqlar.

"Əsrin müqaviləsi"ndə göstərilir ki, Qüds İsrailin bölünməz paytaxtıdır.

İsrail davamlı olaraq 1967-ci ildən etibarən Qərb sahilində yəhudi yaşayış məskənləri salıb. BMT Təhlükəsizlik Şurası bu əraziləri işğal edilmiş hesab edir.

Məqalədə : Fələstin İsrail ABŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4712

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 12:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru