Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
11:40
10 yaşlı Nərminin qətlinə görə DİN və polisdən qarşılıqlı ittihamlar

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən azad edildiyini bildirib.

M.Süleymanov mətbuata açıqlamasında bir neçə gün əvvəl işdən azad olunması üçün ərizə verdiyini qeyd edib.

O söyləyib ki, ərizəsi qəbul edilib, daxili işlər orqanlarında xidmətdən xaric olunub.

M.Süleymanov əmisi oğluna görə şərləndiyini də bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirilib ki, M.Süleymanov Tovuz Rayon Polis Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etməyib:

“Murad Süleymanov yanvarın 6-dan məzuniyyətdədir. Onun polis şöbəsinə heç bir ərizəsi daxil olmayıb. Murad Süleymanov iddia edir ki, əmisi oğluna görə şərlənib, İlkin Süleymanova görə buna güzət olunmalı idi. Bunlar həqiqətəuyğun deyil. Hər kəs qanun qarışısnda bərabərdir, qanun qarşısında cavab verməlidir. Məzuniyyətdən qayıtdıqdan sonra isə o, ərizə ilə müraciət edər, yaxud etməz, bu da onun öz şəxsi işidir”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.(Report)

Məqalədə : İlkin Süleymanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48448

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46492

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48151

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47726

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53274

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47351

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47730
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 09:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru