
Abşeron rayonunda oğulun anasına çoxsaylı bıçaq zərbələri yetirib onu öldürməyə cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
K.Zeynalov bildirib ki, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
13-04-2021 14:59 Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
03-06-2020 11:35 Daha bir tikinti şirkətinin təsisçiləri barəsində cinayət işi başlanıb
- 22-04-2021 16:43 DİN əhaliyə müraciət etdi
- 22-04-2021 12:18 Nazirliyin vəzifəli şəxsi həbs edildi
- 22-04-2021 11:29 FHN Hospitalının baş həkimi də həbs edildi
- 22-04-2021 11:13 “Yeni klinika”nın direktoru həbs olunub
- 21-04-2021 13:59 DİN-də yeni TƏYİNAT
- 20-04-2021 11:09 AİP-in sədr əvəzi Hacı İlham Əliyevin məhkəməsi keçirilib
- 19-04-2021 13:24 Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi
- 15-04-2021 11:52 Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
- 14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
- 12-04-2021 17:09 İki icra başçısının həbs müddəti uzadıldı
- 12-04-2021 11:45 DİN Qubad İbadoğlunun qızının iddialarını araşdırır
- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir