Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
16:34
Təhsil Nazirliyi 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən xəbərə görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 “Qaynar xətt” xidməti  istifadəyə verilib və “Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində  tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
150

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
260

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
273

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
255

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
250

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
240

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
260

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
213
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 06:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru