Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
14:50
AzTV aprel döyüşləri haqqında cizgi filmi hazırlayır

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-in (AzTV) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

Qurumun Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək ötən dövr barədə qısa xatırlatma verib, yanvarın 25-də Bədii Şuranın Sumqayıt ictimaiyyəti ilə baş tutan görüşünə toxunub. Sədr bildirib ki, bu kimi görüşlər vacibdir: “Azərbaycan Televiziyası olaraq tamaşaçı rəyi bizim üçün ən vacib amillərdəndir. Bu baxımdan bu kimi görüşləri biz daha da intensivləşdirməliyik”.

Çıxış edən şura üzvləri Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Faiq Sücəddinov, AzTV-nin Ədəbi-dram verilişləri redaksiyasının Baş redaktoru Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Ramiz Quliyev və digərləri Sumqayıt ictimaiyyəti ilə görüşün nəticələrini yüksək qiymətləndiriblər, şəhər ictimaiyyətinin təkliflərini səsləndiriblər. 

Şura üzvləri Sumqayıt ictimaiyyətinin AzTV-də son bir ildə aparılan ciddi dəyişiklikləri, onlarla yeni verilişi, Azərbaycan Radiosunda efir dəyişikliyini təqdir etdiklərini diqqətə çatdırıblar. 

“Bir neçəsi mənə yaxınlaşıb dedi ki, biz artıq 6-7 aydır AzTV-yə baxırıq”, - deyə Mənsum İbrahimov əlavə edib. 

İctimaiyyətin təqdir və təkliflərinə münasibət bildirən Rövşən Məmmədov bildirib ki, Azərbaycan Radiosunda son vaxtlar 10 canlı veriliş efirə çıxmağa başlayıb. 

Sədr uşaqlar üçün cizgi filmləri ilə bağlı təkliflərin müzakirəsində əlavə edib ki, artıq QSC sifariş verib, 2016-cı ildə Azərbaycan Ordusunun işğalçı erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən dörd günlük aprel döyüşləri haqqında cizgi filmi hazırlanır: ”Biz hətta aprel döyüşlərində fərqlənmiş qəhrəmanlarımızdan sağ qalanların üz cizgilərini də göndərmişik ki, real obrazların simaları filmdə əksini tapsın. Bu, ordumuzun qəhrəmanlığının gələcək nəslə aşılanması üçün bir addımdır”.

Daha sonra gündəlikdəki bir sıra cari məsələlər müzakirə olunub. Bədii Şuranın ictimaiyyətlə növbəti görüşü fevralın 8-də Bakının Xəzər rayonuna təyin edilib.

Məqalədə : aprel döyüşləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
182

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
170

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1037

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
324
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 15:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru