Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
16:19
Azərbaycanda turizm sahəsində daha bir təhsil ocağı yaradıla bilər

Azərbaycan Dövlət Turizm Agentliyi ölkədə yeni turizm peşə məktəbinin yaradılması yollarını araşdırır.

Bunu Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu peşə məktəbinin nəzdində hotel və restoran fəaliyyət göstərəcək ki, məhz orda tələbələr xidmət sahələri üzrə qısa müddətli kurslar keçməklə birbaşa təcrübə toplaya bilsinlər.

“Bu məktəb daha çox turistlərə birbaşa xidmət edən sənət yiyələrinə aiddir. Burada söhbət top menecmentdən deyil, hotel işçiləri, ofisiant və digər peşə üzrə kadrlardan gedir ki, məhz onlara bu gün olduqca böyük ehtiyac var. Bu xidmət növlərinə yiyələnmək üçün uzunmüddətli təhsilin alması mütləq deyil. İnsanlar bu peşələrə intensiv kurs keçərək yiyələnə bilərlər”, - deyə K. Quluzadə qeyd edib./APA

Agentliyinin mətbuat katibi əlavə edib ki, hazırda turizm peşə məktəbinin yaradılması biznes tərəfdən çox ciddi qaldırılır və iş adamları belə bir ideyanın həyata keçirilməsi üçün lazımı sərmayələrin yatırılmasına, treninq və kursların təşkil edilməsinə maraq göstərirlər.

“Qeyd edim ki, hazırda Agentliyin tabeliyində üç təhsil ocağı fəaliyyət göstərir. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecidir. Ötən il ərzində bu təhsil ocaqlarında Agentlik tərəfindən ciddi islahatlar aparılıb. Məqsədimiz ondan ibarətdir ki, müəllim və şagird arasında olan münasibətlər tam şəffaf olsun və əldə olunan diplomun arxasında mütləq şəkildə bilik dursun. Apardığımız islahatlardan sonra növbəti addımları düşünürük ki, məhz qeyd olunan peşə məktəbinin yaradılması bu növbəti addımlar sırasındadır”, - deyə K. Quluzadə qeyd edib.

Məqalədə : turizm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
327

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
459
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 13:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru