Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
14:55
Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması iki illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə beş min manat cərimə edilib.

İttihama əsasən, V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək, pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

Qeyd edək ki, ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada “İcra məmuru” rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib.

Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. (oxu.az)

Məqalədə : qərar məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Bavariya" "Çelsi"ni darmadağın etdi

26

Fevral
09:38
İDMAN
211

Türkiyədə güclü zəlzələ baş verib

26

Fevral
09:08
DÜNYA
266

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
327

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
502
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 10:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru