Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
12:30
Koronavirusun qeydə alındığı bölgədə 7 azərbaycanlı tələbə təhsil alır

Çində koronavirusun qeydə alındığı bölgədə 7 azərbaycanlı tələbə təhsil alır.

"Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı 62-dir. Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var".

Bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Təhsil Naziri karantin bölgəsində tələbələrin təxliyəsi və onların vəziyyəti ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxladıqlarını bildirib.

Nazir həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanıldığını qeyd edib: "Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını oradan çıxarmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bu məsələni daim diqqətdə saxlayırıq".

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2167

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 05:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru