Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
10:05
Milli Məclisə seçkilərlə əlaqədar 5,3 milyon seçki bülleteninin çapına başlanılıb

Bu gün fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib:

“125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7160

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6024

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7517

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7252
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 14:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru