Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2020
13:40
Ombudsman Penitensiar Xidmətin müalicə müəssisəsinə baş çəkib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

FaktXəbər bunu Ombudsman Aparatının mətbuat xidmətinə istinadən məlumat verib.

Başçəkmə çərçivəsində Ombudsman müəssisəsinin müalicə korpuslarına və şöbələrinə, palatalara baxış keçirib, xəstələrin vəziyyəti ilə maraqlanıb, onları fərdi dinləyib, saxlanma şəraiti, tibbi yardımın təşkili, dərman təminatı, qidalanma, sovqat, gəzinti, görüş, telefon danışıqları ilə bağlı mövcud vəziyyəti araşdırıb.

Ombudsman tərəfindən başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox məhkum təsadüfi seçim əsasında konfidensial qaydada qəbul edilib, saxlanılma şəraiti, müalicə, tibbi yardım, görüş və digər məsələlər öyrənilib, yerində həlli mümkün olan bir çox müraciətlər təmin olunub.

Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlər araşdırılıb, bir sıra təqsirləndirilən şəxslər və məhkumlar barələrindəki istintaq və məhkəmə icraatından şikayətləniblər.

Qəbul edilmiş hər bir şəxsə hüquqi məsləhətlər verilib, Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub.

Milli Preventiv Qrupunun nümayəndələrinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də araşdırılıb. Müəssisədə effektiv psixoloji və sosial xidmətlərin təşkilinə ehtiyac var.

Yekunda Müvəkkil tərəfindən müəssisə rəhbərliyi, həkim personalı və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə tibbi xidmətin əlçatanlığının effektiv təmininə nəzarətin gücləndirilməsi, müəssisəyə qəbul məsələləri ilə bağlı müraciətlərdə yer alan çətinliklərin aradan qaldırılması və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Məqalədə : Ombudsman Səbinə Əliyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54742

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52829

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53974

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59394

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53671

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54030
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 12:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru