Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2020
10:23
BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də, yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3591

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2080

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1801
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 21:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru