Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
13:49
`Xiaomi Mi10` smartfonunun təqdimat tarixi məlum olub

“Xiaomi Group” şirkətinin həmtəsisçisi və vitse-prezidenti Lin Bin qabaqcıl “Mi10” smartfonunun təqdim edilməsi ilə bağlı planları rəsmən təsdiqləyib.

Onun sözlərinə görə, “Xiaomi Mi10” smartfonunun şirkətin onilliyinə həsr ediləcəyi ilə əlaqədar mühəndis və proqramçılar tərəfindən ona böyük diqqət yetiriləcək. Qurğunun əsasını ötən ilin sonunda “Qualcomm” şirkəti tərəfindən rəsmən təqdim edilən qabaqcıl “Snapdragon 865” prosessoru təşkil edəcək.

Vitse-prezident qeyd edib ki, smartfon martda nümayiş olunacaq. Lakin bir sıra mənbələrin məlumatına görə, qurğu fevralın 10-da – qabaqcıl “Samsung” qurğularının buraxılışı ərəfəsində təqdim ediləcək.

L.Binin sözlərinə görə, şirkət 2020-ci ildə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ona yaxın müxtəlif smartfonun buraxılışını planlaşdırır.

Məqalədə : Xiaomi Mi10 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Bavariya" "Çelsi"ni darmadağın etdi

26

Fevral
09:38
İDMAN
130

Türkiyədə güclü zəlzələ baş verib

26

Fevral
09:08
DÜNYA
243

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
322

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
502
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru