Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
12:57
Suriyada 450 terrorçu hökumət ordusuna hücum edib

Suriyanın İdlib vilayətində 450 terrorçu iki istiqamətdən hökumət ordusuna hücum edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Döyüşən Tərəflərin Barışıq Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sutkanın qaranlıq vaxtında Əb-Creyf istiqamətindən "Türküstan İslam Partiyası" terror qruplaşmasının 200 silahlısı 20 ədəd pikap tipli avtomobil, bir tank, iki ədəd piyadaların döyüş maşını (PDM) və iki partlayıcı qurğularla yüklənmiş avtomobillə hücuma keçiblər. 

Eyni vaxtda Maar-Şmarin-Krati istiqamətində də ümumi sayları 250 nəfər olan terrorçular hücuma keçiblər. Onlar hücumu iriçaplı pulemyotlarla təchiz edilmiş 34 pikap, iki tank, PDM və iki partlayıcı qurğularla yüklənmiş avtomobillə ediblər. 

Terroçular cəbhə boyu 2.5 km uzunluğunda Suriya ordusunun dərinliklərinə doğru 1.3 km irəliləyə biliblər. Hücum zamanı 40 Suriya əsgərinin öldüyü, 80 nəfərin yaralandığı bildirilir.

Məqalədə : Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
230

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
256
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 16:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru