Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
08:14
Regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır - AÇIQLAMA

Azərbaycanın rayonlarında metro tikilir? - AÇIQLAMA

Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir:

"Hazırda "B 3" stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, "B 3" stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək".

B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə "Bakı Metropoliteni"ndə heç bir müzakirə aparılmır: "2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiqlənib. Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır".(trend)

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
327

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
454
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 13:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru