Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
17:20
Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verilib

Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat veriblər.

Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir:

"Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sınaq müddətində olduğu üçün istismara qəbul edilməyib".

Xatırladaq ki, ötən ay "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyirlər

Məqalədə : qatar Elektrik qatarları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vilayət Eyvazov mayoru rəis təyin etdi

28

Fevral
11:38
HÜQUQ,HADİSƏ
211

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28

Fevral
10:28
ELM / TƏHSİL
311

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşıb

28

Fevral
09:47
İQTİSADİYYAT
360

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
350

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru