Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
16:51
Vətəndaş şikayət edir, Dəmir Yolları idarəsi `BİZLİK DEYİL` söyləyir

“Hər gün işdən çıxıb evə getmək üçün dəmir yollarından istifadə edirəm. Hər dəfə də qatara minəndə boş yer olmasına baxmayaraq, ayaq üstə dayanmağa məcbur oluram”.

Bu barədə vətəndaş müraciətində qeyd olunub.

Dəmir yollarından istifadə edən sərnişinlərdən biri digər sərnişinlərin növbəti stansiyalarda minəcək sərnişinlər üçün yer saxlamalarından narazı olduğunu deyib.

Sərnişinin sözlərinə görə, bələdçilər sürət qatarlarında qayda-qanunlara əməl olunmasına düzgün və effektiv nəzarət etmirlər:

“Şikayətim “Azərbaycan Dəmir Yolları” QSC-dəndir. Sürət qatarına minirsən, sərnişinlər tərəfindən hər vaqonda təxminən 10 yer, onların dili ilə desək, növbəti stansiyada minəcək sərnişinlər üçün məşğul edilib.

İşdən yorğun çıxıram, vaqona çatmaq üçün tələsirəm. Nə üçün məndən 15 dəqiqə sonra vaqona minəcək kiməsə görə mən ayaq üstə getməliyəm? Belə olanda mənim hüquqlarım pozulur. O qədər yolu onlara görə ayaq üstə getməli oluram”.

Sərnişin onu da qeyd edib ki, dəmir yolları metroya bənzəməyə başlayıb:

“Camaat bir-birini ayaqlayır. Yaxşı olar ki, yerlər dolduqdan sonra sərnişinlər digər qatarı gözləsinlər”.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.az-a bildirilib ki, Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlarda bələdçilərin sərnişinlərin yer seçiminə müdaxilə etməsi “Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı”na ziddir:

“Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlardakı ekonom vaqonlara biletlərdə yer qeyd olunmur. Ona görə də bələdçilər bu barədə sərnişinlərə yer seçimi ilə bağlı hər hansı müdaxilə edə bilməz.

Sərnişinlər oturacaqları yeri öz seçimləri əsasında müəyyənləşdirirlər. Bələdçilərin, sərnişinlərin öz yaxınları və tanışları üçün yerləri məşğul etmələrinə dair iradları isə mübahisənin daha da genişlənməsinə yol aça bilər. Bu həm də “Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı”na ziddir.

Təlimata əsasən, vaqon bələdçiləri, vaqonlarda sərnişinlər arasında konflikt hallarının yaranmasına yol verməməklə yanaşı, onlarla nəzakətli və diqqətli davranmalıdırlar. Odur ki, onların əlavə müdaxiləsi yarana biləcək mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Fürsətdən istifadə edib, bu məsələdə sərnişinlərimizdən də diqqətli davranmağı və mübahisəli vəziyyət yaradan belə addımlardan çəkinmələrini xahiş edirik”.

Məlumat üçün bildirilib ki, bu qatarlar şəhərətrafi elektrik qatarı olduğu üçün, burada 800-ə qədər ayaqüstü, 396 oturacaq yerləri var. Yəni, bu qatarlarda ayaq üstə də sərnişin daşına bilər.

Məqalədə : Bakı-Sumqayıt qatarı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53839

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53594

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53279

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53643
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 18:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru