Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
15:10
Şagirdlərin yerdəyişməsi dayandırlır

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. 

Təhsil Nazirliyindən verilən məlumata görə, həmin tarixədək qəbul edilən sorğuların icrası davam etdiriləcək.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Məqalədə : təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
197

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
244
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 16:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru