Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
14:57
Azərbaycanda koronovirusa yoluxma faktı qeydə alınmayıb

“Azərbaycanda koronovirusa yoluxma faktı qeydə alınmayıb”.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə “Report”a açıqlamasında deyib ki, bu viruslar dünyada geniş yayılıb.

O qeyd edib ki, bütün ölkələrdə müşahidə olunan kəskin respirator virus infeksiyalarının 4-9%-ə qədəri məhz koronoviruslar tərəfindən törədilir: “Çində aşkar olunan yeni virus növü ağır gedişi ilə seçilir. Bu virusdan ölüm faizi 35-ə bərabərdir”.

Mütəxəssis vurğulayıb ki, virus iki yolla yoluxur: “Birincisi qidadan, ikinci isə hava damcı yolu ilə keçir. Qidadan yoluxma zamanı əsasən, mədə-bağırsaq problemləri özünü büruzə verir. Tənəffüs yolları ilə yoluxanda bu ağciyərlərin zədələnməsi ilə fəsadlaşa bilər. Bu zaman ağciyərlər sıradan çıxır və kəskin ağciyər çatışmazlığından insan tələf olur”.

C.İsayev virusun Azərbaycana keçmək ehtimalının yüksək olduğuna diqqət çəkərək deyib ki, ölkədən Çinə xeyli gediş-gəliş var: “Vətəndaşlarımıza məsləhət görərdik ki, Çinə gedərkən xəstəliyin yayıldığı bölgələrdə olmasınlar və zöhkəm əlaməti olan insanlarla təmasdan çəkinsinlər. Çünki bu vuris sıx təmas olan zaman yoluxur. Təmas olmasa və maska taxılsa yoluxma ehtimalı qat-qat aşağı düşür”.

Baş infeksionist əlavə edib ki, virus xarici təsirlərə dözümsüzdür: “Belə ki, bu virusa yoluxan insanlar 37 dərəcə temperaturda 15 dəqiqəyə tələf olurlarsa, 56 dərəcədə ani olaraq ölürlər. Yoluxma halında insan müxtəlif məhlullara həssas olduğundan tezlikcə tələf ola bilir. Bu qaydalara əməl olunsa yoluxma ehtimalı azalar. Virusa yoluxma ciddi gedişə malik olduğundan ölkədə yoluxma faktı qeydə alınsa isi dərhal məlumatlı olardıq. Bu gün üçün Azərbaycanda belə hal yoxdur”.

Qeyd edək ki, Çində yeni tipli koronavirusa yoluxanların sayı 291 nəfərə çatıb. Son 24 saat ərzində ölkənin orta bölgəsindəki Hubei əyalətində, habelə paytaxt Pekində və Şanqhaidə 77 yoluxma halı qeydə alınıb. Daha doqquz bölgədə koronavirus şübhəsi ilə 27 xəstə aşkarlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 22-də koronavirusla bağlı Fövqəladə Hallar üzrə Komitənin toplantısını çağırıb. Məqsəd Ghebreyesus yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yaradan bir hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasıdır. (report)

Məqalədə : koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
270

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
342

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
292

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
553

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
360

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 16:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru