Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
17:05
Müəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilir

Müəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilir

Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

Bu barədə Təhsil Nazirliyinin Telegram səhifəsində məlumat verilib. Məlumata görə, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq(cəmi-60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, “Təhsil haqqında”Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından qaydalara sözügedən dəyişiklik edilib.

Məqalədə : təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
197

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
221

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
322

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
306

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
326

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
339

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
327

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
15221

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2898
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 10:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru