Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
16:00
`Nar` 4,5G baza stansiyalarının sayını 60% artırıb

“Nar” şirkəti 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.  

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G  istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. 

Məqalədə : NAr 4G 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
368

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
261

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
277

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
316

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
671

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
395
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 05:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru