Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
12:40
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəyi var

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair qətnamədə Azərbaycan Respublikasının ərazi  bütövlüyünün dəstəklənməsinə münasibət bildirib.

 H. Hacıyev bildirib ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl mövqe nümayiş etdirməsi təqdirəlayiqdir.

H. Hacıyev deyib ki, bundan əvvəl “Şərq tərəfdaşlığı” ilə əlaqədar Brüssel sammitinin yekun sənədlərində, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış tərəfdaşlıq prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var: “Bu xəttin davamı olaraq Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair olan sənəddə Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən də Azərbaycan Respublikasının ərazi  bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndirir və təqdir edirik. Bunu da xüsusi vurğulamaq istərdik ki, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar tərəfindən də mövcud olan münaqişələrə münasibətdə Helsinki Yekun Aktının prinsipləri birmənalı əsasda və qəti surətdə ifadə olunmalıdır”.

Məqalədə : Hikmət Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
379

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
266

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
282

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
316

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
671

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
395
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 07:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru