Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
11:27
Fevralda Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək

Fevral ayında "Bakı Metropoliteni" QSC üçün nəzərdə tutulan və il ərzində alınacaq 20 vaqonun ilk partiyası Bakıya gətiriləcək.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, istehsal prosesindən asılı olaraq 10 və yaxud 5 vaqonun gələn ay Bakıya göndərilməsi nəzərdə tutulur.

"İstismarda olan qatarların istismar müddəti başa çatan an həmin qatarların xətdəki fəaliyyəti dayandırılır. Bu qatarlar kəsilib-doğranılaraq metal kimi satılır", - deyə B. Məmmədov qeyd edib.

Mətbuat xidmətinin rəhbəri həmçinin əlavə olaraq bildirib ki, yeni qatarların alınmasının iki vacib şərti var. İlk növbədə istismarda olan qatarların istismar müddətinin başa vurması, ikincisi isə yeni stansiyaların açılması ilə zərurət yaranacağı təqdirdə yeni qatarların və yaxud vaqonların alınmasıdır: "Bununla bağlı 2019-cu ildə uzunmüddətli müqavilə imzalanıb və 3 il ərzində "Bakı Metropoliteni"ndə olan qatarların yenilənməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Həmin müqaviləyə əsasən, 60 yeni vaqon alınacaq", - deyə B. Məmmədov qeyd edib.(APA)

Məqalədə : yeni vaqon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
306

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 17:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru