Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
18:39
Azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd

Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda benzin istehlakı artıb - CƏDVƏL

18

Fevral
12:35
İQTİSADİYYAT
266

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru