Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
18:45
Smartfonda batareyanın şarjını azaldan proqramlar məlum olub

"Bitdefender" antivirus istehsalçısı smartfonlar üçün ən zərərli proqramların adını açıqlayıb. Proqramların siyahısı şirkətin saytında dərc edilib.

"Android" üçün proqramlarda reklam göstərən xüsusi alqoritm aşkar edilib. Quraşdırmadan 48 saat sonra proqramlar nisbətən az sayda bannerlər göstərib, lakin bir qədər sonra göstərilən reklamların sayı artıb. Mütəxəssislər dəqiqləşdiriblər ki, üzə çıxan reklamlar yalnız proqramların normal istifadəsinə mane olmayıb, həm də smartfonların prosessorunu xeyli yükləyib ki, bu da cihazların avtonom işləmə müddətinə mənfi təsir göstərib.

"Bitdefender"in nümayəndəsi deyib ki, bannerlər xaotik göstərilib və bu, xüsusi alqoritm sayəsində mümkün olub. Bu, "Android"in daxili təhlükəsizlik alətlərinin reklamın göstərilməsi şablonlarını hesablaya bilməməsi üçün edilib. Mütəxəssislər bildiriblər ki, proqramların açılması vaxtı reklam üç haldan birində üzə çıxıb. Mütəxəssislər "Google Play" kataloqunda zəhlətökən reklamdan ibarət və smartfonların batareyasının şarjını azaldan 17 proqram aşkar ediblər. "Car Racing 2019" yarış simulyatoru, "4K Wallpaper" və "Backgrounds 4K HD", "Explorer" fayl meneceri və başqa məhsullar həmin proqramlar arasındadır. Məlumata görə, zərərli proqram yüklənmələrinin ümumi sayı 550 mindən çox təşkil edib.

Məqalədə : mobil telefon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3822

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2780

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2192

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1882
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru