Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
14:34
Qanunsuz parklanma ilə mübarizənin yeni metodu

Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.

FaktXəbər-in Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən verdiyi məlumata görə, bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq.

"Qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir.

Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək.

Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik", - deyə məlumatda bildirilir.

Məqalədə : parklanma yol polisi yol BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
172

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
170

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1022

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
324
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 15:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru