Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
14:25
Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Bu sözləri oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:

“Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.

Digər xəstə Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb”.

Məqalədə : xəstə xəstəxana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4244

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2370

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1990
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 16:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru