Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
12:00
Bakı-Sumqayıt yolunda tıxacda qalanlara şad xəbər! Son tarix açıqlandı

Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsinə artıq başlanılıb və Xırdalan dairəsi ərazisində mövcud yeraltı tunelin həm gediş-gəliş hissəsində əlavə 2 hərəkət zolağının, həm də yeni yeraltı tunelinin tikintisinə başlanılıb.

Bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə “20 Yanvar”dan çıxan tuneldən Bakı ətrafı qəsəbələrə və Xırdalan daxil olmaqla, Rusiya və Sumqayıt istiqamətinə gedən yol zolaqlarının ayrılması nəticəsində bu intensivliyin aradan qaldırılması layihəsinə başlanılıb.

"Bakı şəhərindən Sumqayıta olan 28 kilometrlik magistral avtomobil yolu 2008-ci ildən genişləndirilir. 2011-ci ildə bu magistral vətəndaşların istifadəsinə verilib. Həmin vaxt avtomobillərin gündəlik hərəkət 7-10 min avtomobilin hərəkətinə hesablanıb. Son dövrlərdə Sumqayıtda tikilən sənaye parklarının, yeni müəssisələrin çoxluğu, açılan ali məktəblər və s. insanların gedişini artırıb", - deyə S. Məmmədov qeyd edib.

S. Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur./APA

Məqalədə : Bakı-Sumqayıt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
157

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
165

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1022

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
319
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 15:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru