Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
10:42
`47 vəzifəli şəxs məsuliyyətə cəlb olunub`

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2019-cu ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 

İdarənin rəisi, Baş Prokurorun müavini Kamran Əliyev hesabatla çıxış edərək bildirib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb.

Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb,  86 (27.10 %)  material üzrə digər prokuror təsir aktları tətbiq edilib. 

“161-Qaynar xətt” əlaqə mərkəzinə yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 32, Qida Təhlükəsizliyi Agentliyindən 25, İqtisadiyyat Nazirliyindən 21, Dövlət Gömrük Komitəsindən 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb.

Məqalədə : korrupsiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
197

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
277

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
263

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
545
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 04:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru