Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2020
18:05
DİN polisin yeni geyim formasına keçməsinə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib. 

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qeyd edib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür: “Bu yenilik Dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir.”(apa)

Məqalədə : DİN polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağac kəsən şirkət cərimələnib

22

Yanvar
09:38
ÖLKƏ
100

Xarici valyutaların manata qarşı məzənnələri

22

Yanvar
09:19
İQTİSADİYYAT
130

Axtarışda olan 34 nəfər saxlanılıb

22

Yanvar
09:17
HÜQUQ,HADİSƏ
151

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2292

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2212

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
369

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
348
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru