Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2020
11:19
MİDA-nın layihələrinə 80 mln. manata yaxın investisiya qoyulub

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihələrə 80 mln. manata yaxın investisiya qoyuluşu həyata keçirilib.

Bu barədə MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat iclasında məlumat verib. Sədr bildirib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirib.

“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üzrə investisiya müsabiqələrinin qalibləri ilə müqavilələr imzalanıb. Bağlanmış müqavilələrə əsasən 60 mln. manata yaxın investisiya qoyuluşunun həyata keçiriləcəyi nəzərdə tutulur. Bundan əlavə, 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi ilə bağlanmış müqaviləyə əsasən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 mln. manatdan çox investisiya cəlb edilib”, - deyə S. Sadıqov bildirib.(APA)

Məqalədə : MİDA investisiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
121

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
160

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1007

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
309

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutuldu

24

Fevral
11:28
HÜQUQ,HADİSƏ
255

Azərbaycan əsgəri şəhid olub

24

Fevral
11:27
BÖLMƏNİ DÜZ SEÇ!
1147
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 14:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru