Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2020
18:03
Nərminin qatili barəsində həbs qərarı verilib

Tovuz Rayon Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

FaktXəbər xəbər verir ki, məhkəmə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Məqalədə : Nərmin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
278

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
306

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
387
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 08:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru