Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2020
11:58
Müdafiə Nazirliyinin yeni anbarı istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.

Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib.

Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
20

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
239
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 15:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru