Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2020
10:51
Nərminə görə tutulan İlkinə polis əmisioğlu kömək edib?

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır. 

TV Press Agentliyinin iddiasına əsasən, İ. Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.

“Qafqazinfo” yayılan bu məlumatla əlaqədar mərhumun atası Şərif Quliyevlə danışıb. O qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması faktı düzdür. Ancaq bundan başqa heç bir məlumata sahib deyil, onun ad və ya soyadı haqda heç nə bilmir. 

DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov da qeyd edib ki, İ. Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür: “Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də, heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyatı yoxdur. Hazırda aparılan istintaq zamanı da saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsiylə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.

Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddialar sırasında idi. 

Xatırladaq ki, məlum qətl hadisəsində şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu ötən gün tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Məqalədə : İlkin Süleymanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4300

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2005
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 04:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru